Rəsul Baxşıyev həbs edildi

habs

 

Rusiya Federasiyası tərəfindən axtarışa verilən azərbaycanlı Bakıda həbs edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 119-cu (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 319-cu (hakimiyyət nümayəndəsini təhqir etmə) maddələri ilə axtarışda olan Rəsul Baxşıyev tutulub.

Onu Baş Cinayət-Axtarış İdarəsi əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıb.

Faktla bağlı araşdırma aparılır.