Ramilə İsgəndər saxlanıldı

Rusiyanın əməkdar artisti Ramilə İsgəndər Moskvada evində axtarış aparıldıqdan sonra iki kiloqram narkotik maddə ilə saxlanılıb.

Rusiya Akademik Gənclər Teatrının 46 yaşlı aktrisası ilə bağlı əməliyyat avqustun 29-da aparılıb.

Onun evində və avtomobilinin üzlüyünün altından qadağan olunmuş maddələr aşkar edilib. Sənətçi dindirilərək nəzarətə götürülüb, ona qarşı xüsusilə külli miqdarda narkotik vasitələrin istehsalı, satışı və ya başqasına ötürülməsi maddəsi ilə cinayət işi açılıb.