Ramil Həsən seçicilərlə növbəti görüş keçirdi-Fotolar

Milli Məclisin deputatı Ramil Həsən seçicilərlə növbəti görüş keçirdi.

Millət vəkili Ucar rayonu Ramal kənd orta məktəbinin inzibati binasında Ramal, Şahlıq, Əlikənd və Qazqunlaq kənd sakinlərindən ibarət seçicilərlə görüşmüşdür.

Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, işıq dirəklərinin nasazlığı, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olmuşdur. Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilmiş, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlamaqla nəzarətdə saxlanılacaqdır.

XALQ.AZ