Ramil Usubov polis rəisinin yerini dəyişdi

Emin Musayev Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

XALQ.AZ xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Dövlət Yol Polisi sistemində daha bir dəyişiklik edilib.

Nazirin əmri ilə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Emin Musayev tutduğu vəzifədən azad olunaraq Goranboy rayon Dövlət Yol Polisi Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Emin Musayev mərhum general Rasim Musayevin qardaşı oğludur.

image description

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.