Ramil Usubov rəisi işdən çıxardı

55

Bakı şəhərində bir neçə polis bölməsinə yeni rəis təyin olunub. Bu barədə xəbəri APA yayıb.

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Turavi Paşayev Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə rəis təyin edilib.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı Vahid Əliyev Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə, Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin rəis müavini Murad Hüseynov isə 26-cı bölməyə rəis təyin edilib.

Bundan başqa, Binəqədi RPİ-nin müvəqqəti saxlanma məntəqəsinin rəisi Faiq Həsənov Sabunçu RPİ-nin cinayət axtarış şöbəsinin rəisi təyin olunub.

  • See more at: http://axar.az/news/23446#sthash.cqDGEkUJ.dpuf