Ramil Usubov rayona gedir

Ramil

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov vətəndaşları qəbul edəcək.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu ilin may ayının 31-də nəzərdə tutulan qəbul Bərdə rayonunda olacaq.

Qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan , Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarının sakinləri şikayət və təklifləri dinləniləcək.

Vətəndaşların qəbulu saat 10:00-da başlanacaq.