Ramil Usubov vətəndaşları qəbul etdi

Ramil

Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov Quba rayonunda vətəndaşları qəbul edib.

XALQ.AZ-ın verdiyi məlumata görə, qəbul Quba rayon polis şöbəsində keçirilib.

Nazirin qəbulunda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlər iştirak ediblər.
Ramil Usubov vətəndaşları narahat edən problemlərlə tanış olub və onların operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün konkret tapşırıqlarını verib.

Qəbul prosesində jurnalistlər iştirak etməyib.