Ramil Usubovdan təyinat

Mayor rütbəli şəxs rəis müavini təyin edildi

Daxili işlər naziri Ramil Usubov Binəqədi Rayon Polis İdarəsinə yeni rəis müavini təyin edib.

XALQ.AZ xəbər verir ki,  Nəsimi rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Vüsal Axundov Binəqədi rayon Polis İdarəsində eyni vəzifəyə təyin olunub.

Xatırladaq ki, Binəqədi rayon Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bir müddət öncə isə Ramil Usubovun əmri ilə Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev vəzifəsindən azad olunaraq Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilmişdi. Bu vəzifədə olan Namiq İsmayılov isə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.