Ramin Məmmədov: “Azərbaycanda milli birliyin ideoloji formulu dəyişməlidir”-Video

Vətən Müharibəsində əldə olunmuş zəfər Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük hərbi-siyasi qələbədir.

Bunu Milli Məclisin deputatı Ramin Məmmədov bildirib.

Bu müharibə bütün regionun geosiyasi mənzərəsini dəyişib, Cənubi Qafqazda yeni təhlükəsizlik formatı yaradıb. Müharibədən əvvəlki Azərbaycanla müharibədən sonrakı Azərbaycan arasında bütün mənalarda böyük fərq var. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda milli birlyin ideoloji formulu da dəyişməlidir deyə deputat qeyd edib.