Ramin Məmmədov Milli Qəhramanı yad etdi

Bu gün 31mart şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olan Sabirabad rayonu Muğan Gəncəli kəndində anadan olmuş Xüsusi Təyinatlı Qüvvələrin Polkovnik- Leytinantı, Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyevin doğum günüdür.

Milli Məclisin deputatı Ramin Məmmədov Milli Qəhramnın məzarını ziyarət etdi.

XALQ.AZ-ın məlumatına görə millət vəkili bilidrib ki, Murad Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Murad Mirzəyevin şücaəti, qəhrəmanlığı ilə təkcə ailəsi, doğmaları, doğulduğu Sabirabad rayonunun Muğangəncəli kəndi yox, həmçinin bütün Azərbaycan fəxr edir. Bu gün məndə fəxrlə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin əziz xatirəsini ehtiramla yad edirəm və Murad Mirzəyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.