Ramin Məmmədov seçicilərlə onlayn görüşdü

Milli Məclisin deputatı Ramin Məmmədov seçicilərlə növbəti dəfə onlayn görüş keçirdi.

XALQ.AZ xəbər verir ki, onlayn görüş Sabirabad rayonunun Moranlı, Balahəşimxanlı, Nərimankənd, Əhmədabad, Qaratoğay, Əliləmbəyli, Çöl Beşdəli kəndlərinin sakinləri ilə keçirilib.

Müraciətlər nəzarətə götürülüb və aidiyyatı qurumlara yönləndirilib. Millət vəkili qeyd edib ki, seçicilərlə ünsiyyət, onları düşündürən məsələlərin müzakirəsi və həlli istiqamətində fəaliyyətin təşkil olunması seçildiyim ilk gündən etibarən mənim üçün prioritet təşkil etməkdədir.