Ramiz Mehdiyevin 2020 gizli planları: O nəyə eyham vururdu? -Video

AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı müzakirələr səngimək bilmir.


Karantin qaydalarına zidd olaraq kütləvi məclis təşkil edən sabiq PA rəhbərinin kürəkəni keçmiş Milli Məclisin deputatı İlham Əliyev və qohumu Rövşən Mustafayevin həbsi və bu həbsə AMEA-nın rəhbərinin sərt reaksiyası qaranlıq mətləblərə işıq salır.


Məclis zamanı Mehdiyevə yaxın siyasi dairələrin onunla bağlı söylədiyi fikirlər bir daha göstərdi ki, “köhnə qvardiya” iş başındadır. Toyda iştirak edən və R.Mehdiyevə xoşəqəlmək üçün tost deyən Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov, keçmiş Rabitə naziri Əli Abbasov və digər qonaqlar cərimə olunublar. Bundan başqa YAP-ın icra katibinin müavini, Milli Məclsin deputatı Siyavuş Novruzov vəzifəsindən istefa vermiş, xanımı Ombudsman Səbinə Əliyevanın toyda iştirakına görə cərimə olunanlar arasında olduğunu bildirilib.


Təsadüfi deyil ki, R.Mehdiyev AMEA-nın veb saytında məlum hadisəyə münasibət bildirərək “Rusiyanın elçisi” rolunda çıxış etmişdir. Azərbaycanla Rusiya arasında yüksək münasibətlər fonunda R.Mehidyevin məlum açıqlaması özünün söylədiyi kimi Bakı-Moskva yaxınlaşdırılmasına deyil, gərginləşdirilməsinə xidmət edib. AMEA-nın rəsmi saytında Milli Elmlər Akademiyasının xəbərləri yox məlum toy adı ilə iştirakçıların olub olmaması haqqında elanlar dərc olundu. Bu kimi hallar cəmiyyətdə birmənalı qarşılanmadı və R.Mehdiyev yeni müxalifət düşərgəsi yaradılması ilə bağlı iddialar səsləndi. Cəmiyyətdə bu günə qədər qaranlıq qalan məsələlər, yeniləşən Azərbaycana mane olanlar artıq özlərini biruzə verməyə başlayıblar.


Diqqət çəkən məqamlardan biri onu karantin qaydalarına riayət etməyə çağıran deputatların, siyasi şərhçiləri və əsasən jurnalistləri hədəfə almasıdır. Onların yüksək statuslu şəxsi tənqid etməsini AMEA-nın prezidenti siyasi çalarlar qatmağa çalışır və məsələni əsas hədəfdən yayındırmaq istəyir. Aylarla hətta illərlə yenilənməyən AMEA-nın rəsmi saytında siyasi bəyanatların yer alması Mehdiyevlə bağlı siyasi iddiların həqiqət yükünü artırır.


Ermənistan silahlı qüvvələrin Tovuz rayonu üzrə təxribatları, Azərbaycan beynəlxalq miqyasda artan rolu kontekstində xarici dairələrin fəallaşması, anti Milli Şuranın fəalliyəti aspektində Mehdiyevin bəyanatları təsadüfi sayıla bilməz. Nəzərə alanda ki, 2018-ci il aprel seçkilərindən sonra prezident İlham Əliyevin geniş islahatlar həyata keçiriləcəyə ilə bağlı bəyanatları bu qüvvələri indi yox bir necə il öncə hərəkətə gətirib. Azərbaycanda həyata keçirilən və xalqın mənafeyinə uygun kadr islahatlarından əndəşələnən Mehdiyev və qruplaşması bir daha narahatçılıq keçirmələri aydın görünür.


Ramiz Mehdiyevin hələm öncə ki illərdə söylədəyi fikirlər tarixi parallerlər məsələsini kökündə daha dərin dövrə aid olduğunu iddia etməyə əsas verir.


XALQ.AZ redaksiyasına PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin jurnalistlərə verdiyi müsahibəsi daxil olub. Videoda göründüyü kimi R.Mehdiyev “Azərbaycan- 2020” inkişaf konsepsiyası haqqında suallara cavab verərək açıq aydın bəyan edib ki, cəmiyyəti,ictimayyət tərəfindən insanları maraqlandıran suallar var və…


Sitat: R. Mehdiyev-2020-ci ilə qədər Azərbaycanın konsepsiyası var və hər bir insan özü üçün nəticə çıxara bilər ki, prezident kim olacaq.


Bu açıqlama bəzilərinə ümümü siradan bir açıqlama kimi görünsədə konkret strateji hədəfələri ehtiva edir.

Azərbaycanın sabitliyinin pozulamasında və iqtisadi geriləməsində maraqlı qüvvələr var. Bu siyasət təkcə Ramiz Mehdiyevlə deyil ictimai-siyasi, mətbuat, və digər sahələri kurasiya edən şəxslərin, diplomatik korpus təmsilçilərinin hərəkətini idarə olunmasında bir göstəriş kimi hesablanır.


Bütün hallarda Azərbaycanın sürətli inkişafı, regional layihələrin təşəbbüskarı, Avropa İttifaqina intiqrasıyası, qonşu dövlətlərlə yüksələn münasibətləri, nəsilllərin əvəzlənməsi fonunda baş verənləin hansı məqsədə xidmət etdiyi aydın görünür.


Hər bir vətəndaşın borcudur ki, olduqca həssas və siyasi mərhələdə dövlətin və dövlətçiliyin, prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriba xanım Əliyevanın ətrafinda sıx birləşsin. Unutmayaq ki, sabitliyin və rifahin pozulması ölkəmizi ancaq iqtisadi baxımdan geri salmayacaq həmçinin təxribatçı və separatçı qüvvələrin oylağına çevirəcək.
Dövlətimizi sarsıtmaq,ölkəmizin inkişafını dayandırmaq kimi hadisələri törətmək istəyənlər araşdırılıb hüquqi qiymət verilməlidir. Tarixi təcrübə dəfələrlə sübüt edib k,i bu cur təxribatçı addımlar öz məntiqi hədəfinə çatmayıb və Prezident İlham Əliyevin söylədiyi kimi uduzan biz yox onlar olacaq.


XALQ.AZ Ramiz Mehdiyevin 2020-ci il üçün gizli planları haqqında videonu təqdim edir:

XALQ.AZ