Ramiz Mehdiyevin adına açılmış saxta “Facebook” səhifələri bağlanıb

Ramiz-1

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adına “Facebook” sosial şəbəkəsində açılmış saxta səhifələr qapadılıb.

Ötən günədək Ramiz Mehdiyevin adından müxtəlif statuslar yazılan, fotolar paylaşılan saxta səhifəllər artıq “Facebook”da yoxdur.

Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu ilin əvvəlində – fevralın 4-də “Facebook”da həqiqi səhifə açsa da, bir müddət sonra onu bağlayıb.

Amma cənab Mehdiyevin adına açılmış bir neçə saxta səhifə son günlərədək fəaliyyət göstərirdi. Xüsusilə 5 min nəfərə yaxın istifadəçinin bəyəndiyi saxta səhifələrdən birində kimlərsə Ramiz Mehdiyevin adından daha aktivlik nümayiş etdirir, məmurlar, ictimai-siyasi hadisələr haqqında müxtəlif statuslar yazır, şəkillər paylaşırdılar.

Ötən gündən etibarən artıq Prezident Administrasiyası rəhbərinin adına açılmış saxta səhifələr fəaliyyət göstərmir.