Ramiz Mehdiyevin kadrı Ramik Əşrəfov dövlət büdcəsini necə talayır

Ramiz Mehdiyevin kadrı Ramik Əşrəfov dövlət büdcəsini necə talayır

İlk öncə ondan başlayaq ki, ETSN-in tərkibində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC sədri Ramik Əşrəfov bu kresloda oturmağının az qala 100 illiyini qeyd edəcək. Sözügedən müəssisəni öz ata malı kimi idarə edən qurum sədrinə gözün üstə qaşın var deyən yoxdur.

Ramik Əşrfov vəzifəyə necə gəlib?

O, 23 oktyabr 1962-ci il təvəllüdlüdür. Ramik Əşrəfov 7 ildir ki, Quba meşə idaresinin direktorudur. Əslən Oğuz rayonundandır. Anası Ermənistandandır.

Voronej Texniki Meşə İnstitutunun meşə təsərrüfatı mühəndisi ixtisasını bitirib. 1988-1994-cü illərdə Meşə Təsərrüfatı Nazirliyi, Vartaşen meşə təsərrüfatı, yanğın nəzarətçisi, direktor kimi vəzifələrdə çalışıb. 1994-2001-ci illərdə “Azərbmeşə” İB, müfəttiş kimi, 2002 –ci ildə ETSN-nin Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadəyə Dövlət Nəzarəti Müfəttişliyi, 2002-2011-ci illərdə ETSN-nin Daşkəsən, Gədəbəy və Quba MMBM-lərində direktor; 2011-2013-cü illərdə Kür-Araz və digər yaşayış məntəqələrində içməli suyun ekoloji standarlarına nəzarət və təminat mərkəzi, direktoru, 2013-2017-ci illərdə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədr müavini, sədr əvəzi vəzifəsində işləyib. 02.03.2017-ci il Ramiz Mehdiyevin vasitəsi ilə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri vəzifəsində işləyir. Keçmiş nazir onun yerinə adam da təyin etmişdi. Lakin 8 gündən sonra Ramiz Mehdiyev onu yerinə geri qaytardı.

Layihədə 30-40 hektar yer var. Xaricdən guya ağac gətirir amma əslində yerli ağac əkir. Damcılama işlərini görərkən, sənəddə 100 hektar yazılır amma 60-70 hektar həyata keçirilir. 5 milyonluq ağac gətirilir amma pulu idarələrdən alır.

Tenderdən kənar alışları özü həyata keçirir. O, yanacaq satmaqda masterdir. Torpaq hazırlığı işlərində bütün mütəxəssisləri uzaqlaşdırıblar. Ancaq dost-tanış vasitəsilə kadr siyasəti həyta keçirir.

Yeri gəldi-gəlmədi, heç kimin tanımadığı bu saytda özünü özünəməxsus mətbuatda təriflədən, keçirdiyi tenderləri özünün və ətrafının qohum əqrəbasının adına olan şirkətlər vasitəsi ilə udduran, hətta Google-da axtarış verərkən ancaq filan yerə 5 milyon, filan yerə 4 milyon, filan yerə 605 milyon ağac əkilib yalanları ilə dolu olan məlumatları dərc edən bir adamdır. Məsələn bu linkdən şahidi ola bilərsiniz. https://vetennamine.az/ramik-esrefov-fursetden-istifade-edib-butun-vetendaslari-agac-ekmeye-devet-edirem/

Eyni zamanda Ramik Əşrəfov nazirin yerinə keçməyə hazırlaşırdı. Gədəbəy hadisələri zamanı Prezidentin ETSN nazirinə iradı Ramik Eşrəfovu nazir olmağa həvəsləndirmişdi. Yaxın çevrəsinə artıq nazir olacağı vədləri verərək özünü hazırlamışdı.