“Range Rover”lə yaşlı qadını öldürən icra başçısının müavininin oğlu imiş – FOTOLARI

Xəbər verdiyimiz kimi, Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmar İbadov ağır yol qəzası törədib.

Məlumata görə, hadisə avqust ayının ortalarında baş verib.
Sosial şəbəkələrdə yazıldığı kimi qəzanı törədən şəxsin adı Elmir yox, Elmardı. Qəzanı Elmar İbadovun “Range Rover” markalı avtomobillə törətdiyi yazılsa da, onun əslində 10-AC-100 markalı “Galandwagen” markalı maşına da sahib olduğu bilinir. Və onun bu maşınla şəhərdə daha çox hərəkət etdiyi məlumdur.
Portalımızın əldə etdiyi məlumata görə, xaricdə təhsil alan Elmar İbadov şəhərin bir çox gecə klublarının aktiv müştərilərindən biridir. Hadisənin ardından Elmarın “İnstagram” hesabındakı maşın kolleksiyasında olan şəkilləri silinib.
Qeyd edək ki, atası Şahmar İbadov Nərimanov rayonunda bir çox obyektlərə və iaşə məkanlarına sahibdir. İcra başçısının müavini hadisənin şişirdilməməsi üçün mətbuatda əlindən gələni edir ki, hadisə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyin törətdiyi qəza kimi geniş kütləyə çatmasın.
Portalımız Elmar İbadovun şəkillərini əldə edib. Həmin fotoları təqdim edirik.

"Range Rover"lə yaşlı qadını öldürən icra başçısının müavinin oğlunun - FOTOLARI
"Range Rover"lə yaşlı qadını öldürən icra başçısının müavinin oğlunun - FOTOLARI
"Range Rover"lə yaşlı qadını öldürən icra başçısının müavinin oğlunun - FOTOLARI