Rasim Ocaqovun adına təqaüd təsis edilib

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, “Şöhrət” ordenli görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunub.
XALQ.AZ xəbər verir ki, Rasim Ocaqov adına təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor ixtisası üzrə təhsil alan 3 –cü kurs tələbəsi (Xalq artisti,professor Eldar Quliyevin emalatxanası) Mafər Fuad oğlu Həsənov laiq görülüb.