Rauf Arifoğlunun qərargahı seçki günü üçün toplandı – VİDEO

Fevral ayının 4-də 35 saylı Xətai üçüncü seçki Dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlunun seçki qərargahının iclası keçirilib.

XALQ.AZ xəbər verir ki, toplantıda namizədin fevralın 9-da məntəqələrdə fəaliyyət göstərəcək vəkilləri, səlahiyyətli nümayəndələri, müşahidəçiləri iştirak ediblər.

Rauf Arifoğlu qərargah üzvlərini 35 saylı seçki dairəsində baş verənlərlə bağlı məlumatladırıb və seçki günü onları ayıq-sayıq olmağa, rəqib tərəfin təxribatına uymamağa, onların seçki saxtakarlığı törətməsinə imkan verməməyə çağırıb.

4.jpg (233 KB)

O, qeyd edib ki, hökumətin idarəsi bu seçkinin şəffaf və ədalətli keçməsi idi. Seçkinin birinci mərhələsində biz bunu müşahidə etdik ki, hətta namizədliyi gülüş doğuranlara, saxta imza toplayanlara da yox deyilmədi, onların da namizədliyi qeydə alındı.

Bizim bu dairədə qarşılaşa bildiyimiz yeganə neqativ hallar cığal, oyun qaydalarını pozan, təxribata əl atan rəqibimizin əməlləri ola bilər. Çünki yalnız 35 saylı dairədə bu cür seçki fırıldağı yaşandı, mənim dublikatım, Abbasov Rauf Çərkəz oğlu namizəd kimi gətirildi, bülletenə salındı. Bundan başqa, rəqibimiz bütün görüşlərimizə təxribatçı qadınlar göndərdi. Bu təxribat və pozuculuq 9 fevralda da olacaq. Bu barədə bizə informasiyalar gəlib, hətta hansı məktəbdə, hansı məntəqədə kimlərin nə kimi addım atacağı da bizə məlumdur – deyə Rauf Arifoğlu bildirib. Onun sözlərinə görə, rəqibinin bu addımlarının səbəbi bu dairədə iddia etdiyi qədər geniş çevrəsi və tərəfdarının olmamasıdır. Əks halda qələbə uğrunda savaşmaq yerinə, seçkini pozmağa çalışmazdı: “Çünki bu Qərb ölkələrində olsa, istənilən bir siyasətçini bitirə bilən bir addımdır. Bu seçki fırıldağı həmin siyasətçinin nüfuzunu yerlə bir edir. Məqsədi seçicini aldatmaq olan bir şəxs necə deputatlığa iddialı ola bilər?”

6.jpg (288 KB)

Qərargah sədri Çingiz Özgür rəqib müşahidəçilərin addımlarını diqqətlə izləməyə, onların təxribatçı addımlarına təmkinlə yanaşmağa çağırıb. Bildirib ki, məqsəd qarışıqlıq salmaq, təxribat törətmək, seçkiyə inamsızlıq yaratmaqdır. Biz buna imkan verməyəcək və ədalətli bir seçki baş tutmasına çalışacağıq. Bunun üçün mükəmməl bir plan qurulub və seçki günü qərargah intensiv işləyəcək.

Rauf Arifoğlu bu seçkinin Azərbaycan tarixində ən şəffaf və ən demokratik seçki kimi yadda qalacağını vurğulayıb. Namizəd həmçinin dairə əhalisi arasında sorğu keçirildiyini və nəticələrin 70 faizdən yuxarı özünün xeyrinə olduğunu, bu nəticələrin ictimaiyyətə açıqlanacağını deyib.

Onun sözlərinə görə, hazırki mərhələyə qədər seçki qanunvericiliyinin pozulması ilə bağlı hallarını əks etdirən faktlarımız da var, məntəqə sədrlərinə rüşvət verilməsindən, vətəndaşlara ət, şəkər tozu paylanmasına qədər bir çox qanunsuz adddımlar atılıb. Bütün bunlara baxmayaraq, fevralın 9-da meydanlara girərək, prosesi qələbə ilə bitirəcəyik.

10.jpg (283 KB)

Daha sonra qərargahın seçki texnoloqu Ruslan İbrahimbəyli seçki günü baş verə biləcək qanun pozuntuları ilə bağlı müşahidəçiləri məlumatlandırıb, onlara öz hüquq və vəzifələrini izah edib.

Qeyd edilib ki, məntəqənin içərisi ilə yanaşı bayırda baş verənlər də izlənəcək, rəqibin hər bir hərəkəti aktlaşdırılacaq. Artıq hansı addımlara əl atılacağı ilə bağlı məlumatlıyıq və bu barədə müşahidəçilərimiz də məlumatlandırılıb. Təxribata getmədən, sakitliyi gözləyərək prosesi qələbə ilə başa çatdıracağıq – deyə bu məqam tədbirin sonunda vurğulanıb.

3.jpg (276 KB)
1.jpg (278 KB)
2.jpg (285 KB)
v2.jpg (247 KB)
5.jpg (295 KB)
v1.jpg (308 KB)
7.jpg (308 KB)
8.jpg (282 KB)
9.jpg (315 KB)
v3.jpg (265 KB)

XALQ.AZ