Ölkədə vətəndaşların evlərində sənədləşmə ilə bağlı problemlər aktual olaraq qalır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Razi Nurullayev deyib.

“Bununla bağlı aidiyyəti orqanlarla işləmək lazımdır. Bu məsələlər qaldırılır, amma həll olub-olmadığını bilmirik. Buna görə də parlament də bu məsələlərdə yaxından iştirak etməlidir. Bir çox insanlar sənədləşmə üçün lazımı sənədləri yığır, amma alınmır deyə sənədləşmə sıfıra düşür. Buna görə insanlar evlərini qazlaşdıra bilmirlər”, – deyə o bildirib.

Spiker Sahibə Qafarova isə Razi Nurullayeva cavabında dedi ki, iclasda qaldırılan məsələlər parlament tərəfdən aidiyyəti qurumlara təhvil verilir.


media-ads-728x90

Bənzər xəbərlər