media-elcin

İmişlidə olanları Avropada erməni çörəyi yeyənlər bunu tamam başqa istiqamətə yönləndirdilər. Heç kəs istəməz ki, kiminsə övladını vurub öldürsün. İcra başçısı rayon mərkəzindən üç kilometr aralıdadır, niyə camaatın yanına gəlmədi? Polis rəisi niyə o camaatın qabağına çıxmadı?

Bir dənə prokurordan savayı başqa bir adam o camaatın qabağına çıxmadı.

XALQ.AZ  xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

media-siyavus

Bu xalqdır. İnsanları başa salmaq lazımdır. Səni orda öldürəcəkdilər? Əksinə qabaqlarına polis düzdülər. Bu insanlarda qıcıq yaratdı. Bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir, sevir. Bizim hamımızın canımız Prezidentə fədadır”.  Millət vəkili İmişlidəki qəzadan sonra saxlanılanların bağışlanmasını istəyib:

“Dövlət əmlakına ziyan vurduğuna, əsəblərini idarə edə bilmədiklərinə görə 18 nəfər həbs edildi. Mən xahiş edirəm ki, onları bağışlasınlar, cavan uşaqlardır. Amma belə hərəkətlərdə rayon hüquq-mühafizə orqanları insanların qabağında olmalıdır. Əgər onun camaatın qabağına çıxmağa üzü yoxdursa, onda gedib ərizəsini yazıb çıxsın, evinə getsin”.


media-ads-728x90

Bənzər xəbərlər