“Müəyyən yoxlamaların ləğvi bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olduğu hamımıza aşkardır”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında millət vəkili  Rəşad Mahmudov deyib.

Rəşad Mahmudov bildirib ki, bəzi özəl müəssisələr yoxlamaların olmamasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edir:

“İstehlakçı hüquqlarının müdafiəsində probemlər yarandı. Saxta və standartlara cavab verməyən müəssisələrin çoxalmasını müşahidə edirik. Bu o demək deyil ki, ölkədəki bütün özəl tibb müəsisələrinin hər birində problemlər var. Ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələrimiz var. Dünya təcrübəsindən də bilirik ki, özəl tibb müəsisələri həm də ölkələrdə ümumi tibbi keyfiyyətin artırılması üçün lokomativ rolunu oynayır. Amma bəzən bu şəkildə yoxlamalardan sui-istifadə edərək nəzarətsiz qalan tibb müəssisələrinin bu şəkildə addımlar atması cəmiyyətlə tibb sahəsi mütəxəssisləri arasında uçurumların yaranmasına səbəb olur. Hamıya bəllidir ki, bu yoxlamaların dayandırılmasından keçən dövr ərzində Azərbaycanda səhiyyə büdcəsi 4,2 dəfə artıb. Ölkədə dövlət tərəfindən həyata keçirilən səhiyyə islahatlarının ən yüksək səviyyədə tətbiqi üçün iş həyata keçirilir. Bu yoxlamaların dayandırılmasından sui-istifadə hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, bəlli qayda və qanunların düzənlənməsinə ehtiyac var”.


media-ads-728x90

Bənzər xəbərlər