media-06
II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu çərçivəsində Şimali Kipr Türk Respublikasında səfərdə olan Azərbaycan nümayəndə heyəti ŞKTR Xarici İşlər Nazirliyində Simpoziumun təntənəli açılış mərasimində iştirak edib.
Simpoziumun açılış mərasimində ŞKTR Baş Naziri Ünal Üstel, Baş Nazirin Müavini, eyni zamanda
Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit İşləri Naziri Fikri Ataoğlu, Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu da iştirak ediblər. 12 ölkədən 52 nümayəndənin qatıldığı simpoziumda ŞKTR Baş Naziri Ünal Üstel, Baş Nazirin müavini Fikri Ataoğlu, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İskəndərov, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-ŞKTR Parlamentlərarası İşçi qrupunun üzvü Jalə Əliyeva, Makedoniya türklərinin təmsilçisi, keçmiş millət vəkili, professor Enes İbrahim, Türk Birliyi Dayanışma Dərnəyi Başqanı Güvən Arıklı çıxış edərək, Türk dövlətləri Birliyinin əhəmiyyətindən, Şimali Kipr Türk Respublikasının keçdiyi tarixi yol və azadlıq mücadiləsindən, Prezidentlər İlham Əliyev və Recep Tayip Ərdoğanın əzmkarlığı və siyasi iradələri sayəsində getdikcə qurulan və getdikcə güclənən Türk Birliyinin gələcək perspektivlərindən söz açdılar. Baş Nazir Ünal Üstel Şimali Kipr Türk Cumhuriyəti ilə Azərbaycan arasında qurulan və durmadan inkişaf edən münasibətlərin bir başa Prezident İlham Əliyevin qətiyyəti sayəsində mümkün olduğunu xüsusi qeyd etdi və cənab Prezidentə sonsuz minnətdarlıqlarını bildirdi.
Sonra Simpozium bölmələr şəklində işini davam etdirdi.  Eyni gün Azərbaycan nümayəndə heyəti Baş Nazir Ünal Üstel, daha sonra Baş Nazir müavini, Şimali Kipr Türk Respublikası Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit İşləri Naziri Fikri Ataoğlu tərəfindən qəbul edildi. Qəbulda hər iki ölkənin qarşılıqlı inkişaf edən münasibətləri, Prezidentlər İlham Əliyevin və Recep Tayip Erdoğanın Türk Birliyi naminə həyata keçirdikləri böyük layihələr, Azərbaycanın Zəfər salnaməsi, Kipr türklərinin hüquqları və s. məsələlər müzakirə edildi.
media-01
 media-02 media-03 media-04 media-05 media-06 media-07 media-08 media-09

media-ads-728x90

Bənzər xəbərlər