Razim Məmmədovun torpağ biznesi

 

 

Razim Məmmədovun torpaq satışındakı “sağ əli”

 

Bəzi məmurlar prezidentin ağacların kəsilməsinə, yaşıllıqların məhv edilməsinə qarşı səsləndirdiyi sərt ittihamlarını deyəsən, unudublar. Bu gün paytaxtın bir sıra rayonlarında yaşıllıq massivləri məhv edilərək yerində obyektlər tikilir. İcra başçıları yaşıllıqların məhv edilməsinə və yerlərində iaşə obyektlərinin tikilməsinə göz yumurlar. Bununla da ətraf mühitin korlanmasına şərait yaradırlar. Bu gün yaşıllıqların ən çox “soyqırım”a məruz qaldığı rayonlardan biri isə Xətai rayonudur. Vətəndaşlar baş verən bu özbaşınalıqlarla bağlı dəfələrlə Xətai Rayonu İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Bu isə bu işlərin başında elə Xətai RİH başçısının özünün şəxsən dayandığını düşünmək üçün əsaslar yaradır. Bununla bağlı XALQ.AZ-a olduqca ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda bildirilir ki, icra başçısından daha çox torpaq alverçisini xatrırladan Razim Məmmədovun bu işlərdə “ən yaxın adamı” müavini Rafiq Quliyevdir . Torpaq satışı ilə bağlı pulların məhz onun əliylə toplandığına diqqət çəkən mənbəmiz bildirir ki, bu qanunsuz əməllər nəticəsində Xətai rayonunda milyonlar dövr edir: “İcra başçısı “RJO”ya tapşırıb ki, hər tikintinin özünəməxsus qiyməti var və heç kəs tələb olunan həmin rüşvəti ödəmədən tikintiyə başlaya bilməz. Qanunsuz tikililərin sayı isə durmadan artır. Yol kənarında olan ərazilər demək olar ki, satılıb. Mehmandarov, Şıxlinski, Məhəmməd Hadi, Sarayevo küçələrində onlarla ictimai iaşə və ticarət obyektləri tikilib. İcra başçısının sonuncu belə qanunsuzluğu isə Cavanşir küçəsində reallaşıb. Belə ki, buradakı yaşıllıqlar məhv edilib və başçının yaxın adamına obyekt yeri kimi verilib”. Biz səsləndirilən ittihamlarla bağlı qarşı tərəfi də dinləməklə mövzuya yenidən qayıdacağıq.

 

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq