Renkanın atası koronavirusdan vəfat etdi – FOTO

Tanınmış rəqqasə Renkanın atası Vidadi kişi bu gün səhər saatlarında dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, rəqqasə özü gözyaşları içərisində təsdiq edib: “Karona atamı məndən aldı. Hər kəs qorxsun bu xəstəlikdən. Bir həftə çəkmədi ki, rəhmətə getdi. Çox danışa bilmirəm, hamımız evdə xəstəyik”.

Qeyd edək ki, Renkanın atası 63 yaşında dünyasını dəyişib.

XALQ.AZ