Rəşad Mahmudovdan növbəti unikal əməliyyat-17 yaşlı gənc sağlamlığına qovuşdu-Foto
Mərkəzi Gömrük Hospitalı “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi ürək-damar cərrahı, tibb elmləri doktoru, Rəşad Mahmudov növbəti unikal əməliyyat həyata keçirərək 17 yaşlı gənci həyata qaytardı.
Bu barədə Rəşad Mahmudov sosial hesabında yazıb. XALQ.AZ R.Mahmudovun pyalaşımın təqdim edir:
Onun adı Amil. 17 yaşı var. Tək kameralı ürəklə doğuldu. O illərdə heç kim inanmamışdı. Amma biz inandık. 17 il birlikdə mübarizə apardıq. 2 ay əvvəl sonuncu mərhələ olan “Fontan” əməliyyatını icra etdik. Satürasiya 97%. Hər şey qaydasındadır. Bilənlər bilər, gerisi təfərrüat…