Restoranlarda toy bayram davam edir

 

 63

 Ölkədə 9 şəhid – Restoranlarda çal oynasın, vur çatlasın

 

Bu gün yaralı yerimiz Qarabağdan, cəbhə bölgəsindən acı xəbər aldıq. 9 əsgərimiz vətənimizin bütövlüyü uğrunda şəhid oldu. Çox təssüf ki, əsas vəzifəsi cəmiyyəti bilgiləndirmək olan televiziya kanallarımız, əyləndirmək prinsiplərini əsas tutaraq, efirlərində konsert, əyləncəli verilişlər verməkdə davam etdilər.

Bəs hər küncündə-bucağında restoran, şadlıq evi olan paytaxtımızda, restoranlarımız necə, şəhidlərimizin ruhuna hörmətlə yanaşacaqlarmı? Restoran sahibləri öz vətəndaşlıq borclarını yerinə yetirəcəklərmi? Yoxsa qazanc önəmlidir? Maraqlandıq və yenə də məyus olduq.

Paytaxtın bir neçə məşhur restoranlarına zəng edib maraqlandıq, amma heç də şəhid vermiş bir ölkənin gündəminə uyğun abu-hava hiss etmədik, hər şey öz axarı ilə davam edir. Restoranlar bu gün axşam paytaxt sakinlərini və şəhərimizin qonaqlarını öz şou proqramlarına dəvət etməkdə davam edirlər.

Axşam şou proqram təşkil edəcək retsoranlarımız bunlardır, bəlkə getmək istəyən olar:

 

Altun restoranı

Lido restoranı

Niaqara restoranı

Ay İşığı restoranı

Oazis restoranı

Çanaqqala restoranı

Neolit restoranı

 

Uzağa getməyək, elə qonşu Türkiyədə bütün siyasi, sosial məsələrin önündə müğənnilər, şou-biznes nümayəndələri gedirlər, vətəndaşlıq borclarını layiqincə yerinə yetirirlər. Türkiyədə şəhid xəbəri çıxan kimi, bütün müğənnilər konsert proqramlarını təxirə salır, sosial şəbəkələrdə Türkiyənin böyüklüyünü nümayiş etdirən yazılarla çıxış edirlər. Bəs bu gün bizim  sənətçi dediklərimiz nə edirlər?! Axı, bu gün 9 şəhid vermişik, 9 vətən övladı itirmişik. Bizim şou əhlimiz isə pul qazanmağından geri qalmır.

Bu axşam şou proqramlarında çıxış edəcək adlarını öyrənə bildiyimiz şou- biznes nümayəndələri:

 

Səməd Səmədov

Xatun

Sevil-Sevinc bacıları

 

Samira

 

Niyam

 

İzzət

 

Dostlar qrupu

 

Avqustun 2-də “Panoramic Restaurant & Music Hall” Türkiyəli mügənni Doğuş konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, ölkənin heç bir şadlıq sarayında toylar təxirə salınmayıb.

Lakin son saatlarda Amburan Beach Club “SEREBRO” qrupunun avqustun 2-də istirahət mərkəzində baş tutacaq konsertini təxirə salınıb.

Unutmayaq ki, necə insan olmaq yalnız şəxsin özünü, necə vətəndaş olmaq isə, bütün cəmiyyəti, milləti, dövləti maraqlaqlandıran məsələdir.