Restoranlarda vur çatlasın gedir, amma bəy ilə gəlin olmaz. Niyə?”

Hazırda Rusiyada olan aparıcı-aktyor Sərxan Kərəmoğlu Operativ Qərargahı tənqid edib.

"Xanım özünü kişiyə döydürməməlidir" - Sərxan Kərəmoğlu

XALQ.AZ xəbər verir ki, o, İnstaqram hesabınbda paylaşdığı videoda toylara icazə verilməməsindən danışıb:

“Bütün Azərbaycan xalqına toy arzu edirəm. Qərargahda oturanlara inşallah ki, indidən sonra bir il toy nəsib olmasın. Amma bu xalqa toy lazımdır axı. Sizdə ərə gedən yoxdur, evlənən yoxdursa, bu xalqı niyə pis günə qoyursunuz? Allah insafınızı kəsməsin. Bu milləti qırdınız, batırdınız. Sənətkarları salmısınız çöllərə. Hər yerdə var bu xəstəlik, tək bizdə deyil ki. Restoranlarda vur çatlasın gedir, amma bəy ilə gəlin olmaz. Niyə?”