Rostovdan Bakıya birbaşa reys açılır

Rusiyanın “Azimut” aviaşirkəti Rostovdan Bakıya uçuşlar həyata keçirməyə başlayır.

Report xəbər verir ki, Rostova uçuşlar martın 30-da başlayacaq və həftədə iki dəfə olmaqla – bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

Uçuş cədvəli belədir: Rostovdan uçuş – 08:00, Bakıya gəliş – 10:05-də gəliş, əks marşrutla isə Bakıdan uçuş – 11:05, Rostova eniş – 13:20.

Biletlərin minimal qiyməti Rostovdan Bakıya 2415 rubl, yəni 64 manat və ya 37,8 dollar (baqajsız tarif) və əks istiqamətdə 4140 rubl, yəni 110 manat (64,8 dollar) təşkil edir.

Hazırda Rostovdan Bakıya birbaşa aviareyslər yoxdur, dəmir yolu ilə isə Rostov-Bakı qatarı hər 4 gündən bir hərəkət edir.