Rüfət Quliyev: “Makron əslən etnik ermənidir”

“Düşünürəm kİ, Emmanuel Makron və onun ətrafında olan ermənipərəst siyasətçilər Ermənistanı siyasi karyerasının sonuna qədər müdafiə edəcəklər. Hətta həyasızcasına Makron da deyir: “Mən Ermənistanı Nikol Paşinyandan çox müdafiə edirəm və istənilən qədər Azərbaycana təzyiq göstərəcəyəm””. Bu sözləri deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Makron əslən etnik ermənidir: “Etnik ermənilər də həmişə öz millətini yaman müdafiə edirlər. Makron Ermənistanı həm də buna görə müdaifə edir.

Daha vacib məqam odur ki, Fransada erməni diasporu cəmiyyətin ən varlı hissəsidir. Onlar həmişə çalışıblar ki, Fransanın siyasi həyatında oyunlar qursunlar. İndi də bunu edir və kifayət qədər maliyyə dəstəyi göstərirlər.

Artıq bütün dünya Makronu tənqid edir. Ən çox da son bir neçə ildə Afrika ölkələri müstəqil yol götürərək Fransadan imtina edir, səfirləri qovur, Fransanın təsirini azaldır və tamamilə münasibətləri qırmaq istəyirlər. Bu, onu göstərir ki, Makron gedib öz işləri ilə məşğul olsun. O, artıq dünyada uduzur”.