Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək

Moskvada Onuncu Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.

“Roskonqress” Fondundan verilən məlumata görə, noyabrın 22–23-də Moskvada Onuncu Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək. Tədbir “Roskonqress” Fondunun dəstəyi ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən birgə təşkil ediləcək.

Rusiya-Azərbaycan regionlararası forumu dialoq üçün unikal məkandır. Forumun işgüzar proqramını noyabrın 22-də Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin və Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar. Proqramda – Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının geniş tərkibdə iclası, həmçinin nəqliyyat infrastrukturu, kənd təsərrüfatı, turizm və humanitar sfera kimi sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə dörd dəyirmi masa keçirilməsi nəzərdə tutulur.

2018-ci ildə keçirilmiş forumda Rusiyanın və Azərbaycanın dövlət hakimiyyət orqanlarını, ictimai təşkilatları, işgüzar dairələri, təhsil və elm müəssisələrini, həmçinin KİV-ləri təmsil edən mindən çox nümayəndə iştirak edirdi. Həmin tədbir çərçivəsində 17 saziş imzalanıb.