Rusiya kəşfiyyatçıları İstanbulada

İSTANBUL

Rusiyanın kəşfiyyat gəmisi Boğaz körpüsündən keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Aralıq dənizinə kəşfiyyat gəmisi göndərmək barədə qərar qəbul edib. Gəmi ötən gün İstanbul boğazından keçib. Rusiya Donanması üçün “Layihə 864” çərçivəsində hazırlanan gəmidə toplanan bütün məlumatlar kodlaşdırılıb Rusiya Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat idarəsinə göndərilir.

Qeyd edək ki, Sivastopolda olan Qara dəniz Filosuna məxsus “CCB-201” adlı kəşfiyyat gəmisi Suriyaya doğru hərəkətini davam etdirir.