“Rusiya neft embarqosundan zərər görməyəcək” – Matviyenko

“Rusiya Avropa İttifaqının ölkə neftinin idxalına qoyduğu qismən embarqodan zərər görməyəcək”.

Xalq.az  TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Rusiya və Rusiya büdcəsi heç nə itirməyəcək”, – deyə Matviyenko qeyd edib.

Bununla yanaşı, Matviyenko qeyd edib ki, Rusiyanın Avropaya göndərməyəcəyi neft həcminin qiyməti yanacağın qiymətinin artması ilə kompensasiya ediləcək.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Sözügedən sanksiyalar Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək. Belə ki, indiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq.