“Rusiya tərəfsiz olmalıdır” Oqtay Əsədov

Oqtay

 

XALQ.AZ-ın xəbər verir ki, bu gün keirilən plenar iclasda ilk olaraq Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi məsələsi müzakirə olunub.

 

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir:

“Rusiya tərəfsiz olmalıdır. Ancaq biz Rusiyanın tərəfsizliyini görmürük. Rusiya zaman-zaman işğalçı Ermənistanı müdafiə edən addımlar atıb”.

Hazırda iclas çıxışlarla davam edir.