Rusiya və NATO generalları Bakıya gəlir

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı Tod Uolters arasında Bakıda keçiriləcək görüşün tarixi məlum olub.

XALQ.AZ xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüşün gündəliyi hələlik məlum deyil.Bakıda ötən ilin noyabrında da Rusiya-NATO formatında görüş keçirilmişdi.