Rusiyada azərbaycanlı alim Talışinskinin xatirə lövhəsi açılıb

Ryazanda, Semaşko xəstəxanasının binasında professor Talışinskinin xatirə lövhəsi açılıb.


Xatirə lövhəsində yazılıb: “Burada 1955-2004-cü illərdə görkəmli rus otorinolarinqoloq, Böyük Vətən Müharibəsi iştirakçısı, alim, klinisist, cərrah və pedaqoq, professor Talışinski Abas Mehti Oğlı (1924-2005) çalışıb”.

Mərasim sentyabrın 17-də baş tutub. Tədbirdə vilayət hökumətinin sədr müavini Roman Petryayev, səhiyyə naziri Andrey Prilutski, şəhər dumasının sədri Yuliya Rokotyanskaya, şəhər administrasiyası rəhbərinin müavini Nadejda Ştevnina, Pavlov adına Dövlət Tibb Universitetinin rektoru Roman Kalinin, baş həkimin müavini Semaşko OKB Ekaterina Ban, Abas Talışinskinin həmkarları və tələbələri iştirak edib.


Abas Mehti oğlu Talışinski 1924-cü il sentyabrın 15-də Lənkəran şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinin sürətləndirilmiş kursunu bitirdikdən sonra ordu sıralarına çağırılmış və Belorusiya cəbhəsində özüyeriyən artilleriya alayının baş həkimi kimi Böyük Vətən Müharibəsində iştirak etmişdir. Belarusun, Polşanın azad edilməsi, Berlinin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. A.M. Talışinski 7 sentyabr 1945-ci ildə Berlində anti-Hitler koalisiyasının müttəfiq qüvvələrinin Qələbə hərbi paradında iştirak edib.KBB cərrahiyyəsində endotrakeal və insuflyasion anesteziya ilk dəfə Ryazanda professor azərbaycanlı alim A.M. Talışinski tətbiq edib. Professor A.M. Talışinski bir sıra yeni cərrahi alətlər hazırlayıb . Onun 87 elmi məqalə dərc olunub . Professor Talışinski rəhbərliyi ilə. 9 namizədlik dissertasiyası müdafiə olunub.Professor A.M. Talışinski həmkarları, tələbələri və xəstələri tərəfindən böyük nüfuz və hörmətə malik idi. O, həm Rusiyada, həm də vətənimizdən kənarda işləyən təcrübəli həkimlər yetişdirib. A.M. Talışinski Ryazan fundamental otorinolarinqologiya məktəbinin banisi, onkologiya da daxil olmaqla, bütün növ LOR əməliyyatları ilə Ryazanda ilk ixtisaslaşmış otorinolarinqoloji klinikanın yaradıcısıdır.
Talışinski bir çox mükafatlara, o cümlədən II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Abas Mehti oğlu Talışinski 2005-ci il oktyabrın 23-də 81 yaşında vəfat edib. O, bütün həyatını elmə,tibbə xidmətinə həsr etmişdir. O, görkəmli otorinolarinqoloq, alim, klinisist, cərrah və müəllim idi.