Rusiyada azərbaycanlı iş adamı vəfat etdi

Rusiya paytaxtında azərbaycanlı iş adamı bu gün vəfat edib.
XALQ.AZ APA-ya istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Qurbanov İlham Ramazan oğlu mayın 30-da xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Qurbanovun böyrək ağrısından əziyyət çəkdiyi deyilir.
Lənkəran şəhərində anadan olan mərhum ailəli imiş, iki övladı var.