Rusiyada azərbaycanlı narkobaron tutuldu

35

 

Penza – Vladivostok sərnişin qatarında 5,5 kq heroin aparan 25 yaşlı Buryatiya sakini saxlanılıb. Lent.az-ın Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, baxış zamanı onun çantasında 11 bağlamada heroin aşkarlanıb.

Operativ axtarış tədbirləri nəticəsində Çelyabinskdə 27 yaşlı əslən azərbaycanlı tutulub. Onun narkotrafik kanalı təşkilatçısı olduğu güman edilir.

Tutulan şəxsin adı gizli saxlanılır.