Rusiyada vəziyyət gərginləşir

Rusiyanın muzdlu qruplaşmasının yaradıcısı Vaqner Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimova qarşı ittihamlar səsləndirərək, Rusiya ordusunun rəhbərlərinə qarşı böyük müharibə apardıqlarını açıqlayıb.

XALQ.AZ-ın xəbərinə görə, sərt bəyanatdan sonra zirehli maşınlar küçələrə çıxarkən Vaqner Rostov-Na-Dondakı Rusiya Cənub Hərbi Dairəsinin Baş Qərargahının binasını mühasirəyə alıb.

Rusiyadakı son vəziyyət və hadisələr dəqiqəbə dəqiqə izlənilir. Ukrayna müharibəsinin ön cərgəsində olan rus muzdlu qruplaşması ilə Rusiya ordusu arasında uzun müddətdir davam edən gərginlikdə iplər dünən gecə qopub.

Şoyqu və Gerasimovun cəzalandırılması lazım olduğunu bildirən Priqojin, “Bizə qarşı çıxmağa çalışan hər kəsi təhlükə hesab edib, yolumuzdakı keçid məntəqələri də daxil olmaqla, dərhal onları məhv edəcəyik” deyib.

Priqojinin rus ordusuna qarşı döyüşməyə hazır 25 min döyüşçüsü olduğunu vurğulayan və “Bu 25 min adam birlikdə Moskvaya yürüş edəcək” deməsi sərt açıqlaması çevriliş iddialarını qızışdırdı.

Rusiya Müdafiə Nazirliyi yazılı açıqlama verərək Prigojinin rus əsgərlərinə qarşı irəli sürdüyü ittihamların həqiqətə uyğun olmadığını bildirsə də, Rusiyada gözə çarpan bir aktivlik var. Moskva küçələrində görünməyə başlayan zirehli texnikaların sürətlə irəlilədiyi görülərkən, eyni fəaliyyətlərin müharibənin davam etdiyi Rusiyanın Ukrayna ilə həmsərhəd şəhərlərində də görüldüyü öyrənilib