Rusiyalı cinayətkarlar tutulub

19

 

İspaniyanın Malyorka adasında Mülki Qvardiyanın və Balear adasının polis əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində beynəlxalq mütəşəkkil cinayət qrupunun 8 üzvü tutulub.

ANS PRESS-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tutulanlar arasında həm İspaniyanın, həm də Rusiyanın vətəndaşları olub.

Onlar cinayət yolu ilə əldə edilmiş pulların “yuyulması”nda, sənədlərin saxtalaşdırılmasında, insan hüquqlarının pozulmasında və mülkiyyətə qarşı cinayət əməllərində ittiham olunur.