Rusiyanın Dneprə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb, 73 nəfər yaralanıb

Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinin rayonlarından birində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko teleqram kanalındakı səhifəsində məlumat verib.

Administrasiya rəhbəri qeyd edib ki, Rusiya ordusunun raket zərbələri nəticəsində 18 nəfər ölüb, 73 sakin yaralanıb:

“40-dan çox şəxs xəstəxanada, dördü isə ağır vəziyyətdə reanimasiyadadır. Xilasetmə əməliyyatı davam edir. Hazırda 40-dan çox insanın taleyi naməlum olaraq qalır”, – onun paylaşımında deyilir.

Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib./report