Rüstəm Usubovun kürəkəni rəis təyin edildi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov kadr dəyişikliyi ilə bağlı əmr imzalayıb.
XALQ.AZ xəbər verir ki, R.Usubovun əmri ilə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin rəis müavini, polis mayoru Vüqar Abdullayev vəzifəsindən azad edilərək Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, V.Abdullayev Baş Prokurorun birinci müavini Rüstəm Usubovun kürəkənidir.

Yeganə