Rza Zərrabdan yeni xəbər

74

 

 

Dekabrın 17-də rüşvət və qaçaqmalçılıq əməliyyatında həbs olunaraq Metris həbsxanasına yerləşdirilən iş adamı Rza Zərrab haqda daha bir iddia ortaya atılıb. Zərrabın həbs olunmamışdan bir həftə əvvəl İrandan aldığı sürücülük vəsiqəsini Türkiyə vəsiqəsinə çevirdiyi iddia olunub.

İddiaya görə, cangüdənləri ilə birlikdə polisə gələn Zərrab qısa müddətdə işini bitirib və polis binasından ayrılıb. İş adamının polisdəki işlərini sürətləndirmək üçün vasitəçilik edən polis məmuru isə “Böyük rüşvət” əməliyyatından sonra vəzifəsindən azad edilib.