Şəkidə dəhşətli yanğın baş verib

12

 

Şəkidə dəhşətli yanğın hadisəsi qeydə alınıb. Gecə saat 04:30 radələrində M.Ə.Rəsulzadə prospekti ilə Məmməd Cabbarov küçəsinin kəsişməsində yerləşən, ümumi sahəsi 1040 kvadrat metr olan ticarət obyekti və müxtəlif növdə olan obyektlərdə baş verib.

Nəticədə 2 mağaza yanaraq yararsız hala düşüb. Onlardan 20 kvadratmetr sahəsi olan A. Əhmədova məxsus paltar mağazası tamamilə külə dönüb. Həmin mağazaya birləşik Məhruzə Məmmədovaya məxsus ətriyyat mağazasının isə 21 kvadratmetr dam örtüyü yanıb. Hadisə yerinə dərhal FHN-nin Şəki dövlət YMH-nin 3 avtomaşını cəlb edilib. Yanğının genişlənməsinin qarşısı alınıb.

Yanğın 05:12-də tamamilə söndürülüb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Faktla bağlı Şəki dövlət YMH-ndə araşdırma aparılır.