Səbaildə təhlükə saçan eyvanlar…

Bakının Səbail rayonunda istismar müddətini başa vurmuş binaların eyvanları təhlükə saçır.

Dağılıb tökülməkdə olan eyvanların altından keçmək mümkün deyil. Daşlar zamanla ovulub piyada səkisinə tökülür. Binaların daş-beton örtüyü də artıq dağılıb tökülməkdədir. Səbail rayonunda bu cür binalara çox rast gəlinir. Xüsusilə Tofiq Məmmədov küçəsində vəziyyət acınacaqlıdır.

Sakinlər bildirir ki, ya binalar sökülməli, ya da icra hakimiyyəti müvəqqəti olaraq eyvanları bərpa etməlidir.

Tezliklə tədbir görülməsə, bər an bədbəxt hadisə baş verə bilər.

Səkilərdə piyadalar üçün təhlükələrdən biri də baxımsız binaların fasadından, eyvanından qopa bilən daş-beton parçalarıdır. İzləyici yazır ki, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsindəki səki normal vəziyyətdə olsa da, buradan ötüb keçən piyada üçün eyvanların dağılmış beton örtüyü təhlükə yaradır.