Səbinə Əliyeva beynəlxalq təşkilatlara müraciət edib

Ermənistan tərəfindən 2020-ci ildə Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin səfirliklərinə, ombudsmanlarına, humanitar təşkilatlara, dini icmalara, diaspor təşkilatlarına və digər qurumlara 15 müraciət göndərilib.

XALQ.AZ-ın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

S.Əliyeva həmçinin bildirib ki, Ermənistanın Azərbaycan əsirlərinə qarşı işgəncələri, qeyri-insani davranışları diqqətdə saxlanılıb.

O qeyd edib ki, Ermənistan tərəfindən əsirlərin işgəncələrə məruz qalması, əsirlərə qarşı törədilən qeyi-insani hərəkətlərlə bağlı beynəlxalq təşkilatlara müraciət edilərək Ermənsitanla bağlı hüquqi məsuliyyətin müəyyən edilməsi üçün tədbirlər görülməsi tələb edilib.

Həmçinin Səbinə Əliyeva bildirib ki, hazırda Suriya və İraqda qalmış azərbaycanlı uşaqların ölkəyə qaytarılması ilə bağlı tədbirlər görülür.

Suriyada və İraqda olan azərbaycanlı uşaqların ölkəmizə qaytarılması üçün zəruri qurumlara, beynəlxalq qızılxaç komitəsinə müraciət edilib.

Daha sonra Ombudsman bildirib ki, özəl tibb müəssiələrində pasientlərlə bağlı müxtəlif problemlər müşahidə olunmaqdadır. Onun sözlərinə görə, özəl tibb müəssilərəində müalicə, müayinə, proflaktikə və digər işlərə nəzarət gücləndirilməlidir. Ombudsman həmçinin qeyd edib ki, “Pasinetlərin hüquqarı haqqında” qanunun qəbul edilməsi gücləndirilməlidir.

S.Əliyeva bildirib ki, kənd yerlərində bir sıra hallarda internetin olmaması, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur. O qeyd edib ki, bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbrlər görülməlidir.

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili qeyd edib ki, kənd yerlərində bir sıra hallarda internetin olmaması, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur. O qeyd edib ki, bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbrlər görülməlidir.