Səbinə Əliyevanın hesabatı qəbul edildi

Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2019-cu il üzrə məruzəsi müzakirəyə çıxarılıb.

XALQ.AZ-ın məlumatına görə, məruzəni Ombudsman Səbinə Əliyeva təqdim edib.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib.