Sədaqət Qəhrəmanova vətəndaşlarla görüşəcək

Dövlət Komitəsinin sədr müavini vətəndaşları onlayn qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova 25 fevral 2021-ci il tarixində vətəndaşların onlayn qəbulunu keçirəcək.

Onlayn qəbul Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində təşkil olunacaq və Gəncə şəhəri, Şəmkir, Yevlax rayonlarından olan vətəndaşların ərizə, təklif və müraciətlərinə baxılacaq. Qəbulun saat 10:00-dan 13:00-dək keçirilməsi nəzərdə tutulur.Əlavə suallar yarandıqda Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə (əlaqə nömrəsi: 022 205 34 03 ) və ya Komitənin Kadr və kargüzarlıq şöbəsinə (əlaqə nömrəsi: 012 498 00 92) müraciət edə bilərsiniz.