Səfər Mehdiyev niyə susur?

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev neçə ildir «Ulduz Elektron” Şirkətinin adına gələn xırda bir (bizim iqtisafiyyatımız üçün hətta çox xırda) malı canfəşanlıqla buraxmamaq üçün əlində olan imkanlardan və səlahiyyətlərdən eninə-boyuna istifadə edir. 

Hətta Fatmanisə bibi İrandan evinə 30 kq deyil, 31 kq ərzaq alıb gətiribsə Astarada 30 kq-ı aşan 1 kq ərzağın davasını aparır. Hələ mobil telefon və internet üzərindən alış-verişləri demirəm. Lazım oldu-olmadı sorğular verilir, aylarla həmin sorğuların nəticəsi gözlənilir. 

Görəsən, cənab Mehdiyev bilirmi ki, Şuşada tapılan «İsgəndər» raketlərinin qalığı da istehsal ölkəsindən digər ölkəyə göndərilərkən ya gömrükdən keşməklə, ya da gömrükdən yan keçməklə, qaçaqmalçılıqla göndərilmişdir.

Cənab Səfər Mehdiyev deyə bilər ki, bunun mənə nə aidiyyatı var?

O zaman izah edim…

Səfər Mehdiyev, əgər həmin «İsgəndər» raketlərinin qalığı ölkəmizin ərazisində tapılmasaydı, əlbəttə, onda bizə nə deyə bilərdik, amma ki, ölkəmizin ərazisində tapıldığından bizə aidiyyatı var, özü də çox aidiyyatı var.

Ölkəmizin ərazisində hər hansı bir avadanlığın, hələ «İsgəndər» raketlərinin qalıqları tapılırsa hər bir vəzifə sahibi imkanları və səlahiyyətləri daxilində həmin «İsgəndər» qalıqlarının necə gəlməsini müəyyən etməlidir. Eyni zamanda mənbəyini də araşdırmalıdır.

Həminçinin «İsgəndər» raketlərinin istehsal edildiyi ölkə, ölkəmizə atan ölkə hər ikisi bəllidir. Belə olan halda görəsən Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri kimi imkanlarından və səlahiyyətindən niyə istifadə edib Rusiya və Ermənistan gömrük orqanlarına məlum raketlərin gömrük yolu ilə keçib-keçməmsi barədə sorğu göndərmir?

Cavab ala bilməsə eyni zamanda Beynəlxalq Gömrük Təşkilatına bu barədə sorğu göndərə bilər. Ən sonda cavab ala bilmədiyi təqdirdə hüquqi yollarla bu məsələnin üzərinə gedər.Amma nədənsə ölkəmiz üçün bu qədər vacib məsələlərdə susur.

Sual edirəm, görəsən niyə susur?

Bizimxeber.az
Mədəd Quluzadə