Səfər Mehdiyev qəbul keçirəcək

Səfər Mehdiyev Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərini qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin noyabrın 30-na nəzərdə tutulmuş qəbulu dekabrın 1-nə keçirilir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 1-də saat 11:00-da Sumqayıt şəhərində Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı aidiyyatı rayonların – Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Orxan