Səfər Mehdiyevin sahibkarlara qarşı “invoice” oyunu

Dövlət Gömrük Komitəsinin mərkəzi binasının qarşısında bir qrup sahibkar etiraz aksiyası keçirib.

XALQ.AZ xəbər verir ki, sahibkarlar Gömrük Komitəsinin rəhbər şəxslərinin onların hüquqlarını pozduğunu iddia ediblər.

Onlar bildiriblər ki, xaricdən gətirdikləri mallara yüksək rüsum qoyulur və mallar aylarla gömrükdə saxlanılır. Bu barədə dəfələrlə Gömrük Komitəsinə müraciət edilsə də, komitə onları qəbul etmir, süründürməçiliyə salır.

Aksiyadan sonra Gömrük Komitəsinin nümayəndələri sahibkarlarla görüşüblər. 

Gömrük Komitəsinin qarşısında aksiya başladı  -  Video
Gömrük Komitəsinin qarşısında aksiya başladı  -  Video

Görüşdən sonra sahibkarlar bildirblər ki, heç bir şikayət təmin olunmadı.

Gömrük komitəsində bildiriblər əgər bununla bağlı hansısa sahibkarın şikayəti varsa, məhkəmə orqanlarına müraciət edə bilər.