Şəfa tapmaq istəyən bəla tapdı

Derman

Dərmandan zəhərlənən Bakı sakini xəstəxanada dünyasını dəyişib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 23-də baş verib.

Belə ki, Bakı sakini Lətif Nəbiyev dərmandan zəhərlənib. O, ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə avqustun 24-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.